Digər

İsrail bunu etməyə borcludur - Almaniya

31 May 2026, 23:42 2 baxış
İsrail bunu etməyə borcludur - Almaniya

İsrail ordusunun Livanın cənubunda irəliləyişini davam etdirməsi ciddi narahatlıq doğurur, İsrail və Livan arasında Vaşinqtonda aparılan danışıqlar nəticə əldə etmək üçün düzgün kanaldır.


Axar.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.


O, İsraili və Hizbullahı razılaşdırılmış atəşkəsə qayıtmağa çağırıb.


Nazir əlavə edib ki, İsrail Hizbullaha qarşı əməliyyatlar zamanı mülki əhalini və mülki infrastrukturu qorumağa borcludur:


"İstənilən sonrakı eskalasiya onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirəcək və Livan daxilində yeni köçkün dalğalarına səbəb olacaq".

Mənbə axar.az

Oxşar Xəbərlər