Digər
Somali quldurları bir tankeri ələ keçirdi
Dəniz quldurları Hind okeanında tankeri ələ keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İlkin məlumata görə, hücum Somali piratları tərəfindən həyata keçirilib. Hadisə Somalinin şimal-şərqində, Puntland bölgəsi yaxınlığında baş verib. Tanker Berbera limanından Moqadişu limanına doğru hərəkət edirdi.
Gəminin adı və hansı ölkəyə məxsus olduğu hələlik açıqlanmayıb.
Mənbə
axar.az