Digər

Papa dünyaya kritik mesaj verdi

31 May 2026, 21:08 9 baxış
Papa dünyaya kritik mesaj verdi

Roma Papası XIV Leo "Angelus" duası zamanı dünyada yaşanan problemlərə toxunaraq, qütbləşmənin və bir-birinə qarşı nifrətin dağıdıcı təsirinə diqqət çəkib.


Axar.az xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.


Papanın sözlərinə görə, hər bir insan birliyə, ünsiyyətə və dialoqa ehtiyac duyur:


"Tanrı bizim çox vaxt narahat olan qəlbimizə sülh bəxş edir və bizə Ruhun sevinci ilə qardaş-bacılarımızla görüşməyi nəsib edir".


O bildirib ki, məhz bunun əksinə olaraq, cəmiyyətdəki bölünmələr, qütbləşmələr və fərqliliklərə qarşı nifrət bəşəriyyət üçün dağıntı, kədər və mənəvi quraqlıqdan başqa bir şey gətirmir.

Mənbə axar.az

Oxşar Xəbərlər