Digər

Fürsətdir, Rusiya döyüş meydanında təşəbbüsü itirir - Zelenski

31 May 2026, 21:52 2 baxış
Fürsətdir, Rusiya döyüş meydanında təşəbbüsü itirir - Zelenski

Rusiya döyüş meydanında təşəbbüsü tədricən itirdiyindən hazırda müharibənin diplomatik yolla nizamlanması üçün imkan yaranıb.


Axar.az xəbər verir ki, bu barədə dövlət başçısı Teleqram kanalında paylaşım edib.


Ukrayna liderinin sözlərinə görə, Rusiya 2025-ci ilin dekabrından etibarən döyüş meydanında təşəbbüsü itirməyə başlayıb. Zelenski bildirib ki, 2026-cı ilin yanvarında amerikalı tərəfdaşlarına danışıqlar üçün imkan pəncərəsinin açıldığını deyib, çünki hər ay Rusiya daha çox hərbi itki verir.


Prezident vurğulayıb ki, hazırda Rusiya ordusu bir ay ərzində işğal etdiyi ərazilərdən daha çox ərazi Ukrayna qüvvələri tərəfindən azad edilir.

Mənbə axar.az

Oxşar Xəbərlər