Digər
Hizbullah İsrailə zərbə endirdi: yaralılar var
Hizbullah İsrailin şimalına dron zərbəsi endirib.
Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, Beyt-Hilel yaşayış məntəqəsinə zərbə nəticəsində 4 nəfər xəsarət alıb.
Bundan əlavə, Tel-Dan qoruğunda da yanğın başlayıb. Əraziyə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.
Mənbə
axar.az