Digər
Lukaşenko Ukraynanı zərbə ilə hədələdi: Koordinatları bilirik!
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanı təhdid edib.
Axar.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
"Ola bilsin ki, onlar 500 hədəf müəyyən ediblər, bizim isə bir ciddi hədəfimiz var, dəqiq koordinatları ilə Belarusa çox yaxın hədəf. Onlar da bunu başa düşürlər",- Lukaşenko bildirib.
Qeyd edək ki, Belarus prezidenti bu bəyanatı Ukrayna ordusunun Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin Ukrayna hərbçilərinin artıq Belarus ərazisində 500 hədəf müəyyən etdiyi barədə xəbərdarlığından sonra verib.
Mənbə
axar.az