Cəmiyyət
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Mayın 31-də Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq. Bu barədə Oxu.Az-a "Azərişıq" ASC-dən məlumat verilib. Qeyd olunur ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Abşeron rayonu, Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Mənbə
oxu.az