Cəmiyyət

Sabah Masazırda işıq olmayacaq

30 May 2026, 23:32 12 baxış
Sabah Masazırda işıq olmayacaq

Mayın 31-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kilovoltluq “Masazır” yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.


Axar.az “Azərişıq” ASC-nin saytına istinadla xəbər verir ki, bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər