Cəmiyyət

Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə

30 May 2026, 21:24 12 baxış
Azərbaycandan Peterburqa getmək istəyənlərin nəzərinə

Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi reyslər "Azərbaycan Hava Yolları"nın (AZAL) cədvəlinə yenidən daxil edilib.


Axar.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, ilk uçuş bu gün yerli vaxtla saat 16:20-də Gəncədən yola düşüb. Uçuşlar həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək.


İki şəhər arasında uçuşlar əvvəllər 2025-ci ilin yay mövsümünün sonuna qədər həyata keçirilirdi, bundan sonra isə dayandırıldı.

Mənbə axar.az

Oxşar Xəbərlər