Cəmiyyət

Yol yararsız vəziyyətdə, avtobus xətti isə bağlı: Yarımçıq qazıntı Abşeronda sakinləri cana yığıb - VİDEO

30 May 2026, 20:24 1 baxış
Yol yararsız vəziyyətdə, avtobus xətti isə bağlı: Yarımçıq qazıntı Abşeronda sakinləri cana yığıb - VİDEO
Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, yolda aparılan qazıntı işləri bir neçə gündür yarımçıq vəziyyətdə saxlanılıb. Nəticədə isə yolda çökmələr və dərin çalalar yaranıb. Yolun yararsız hala düşməsi səbəbindən 217 nömrəli marşrut avtobusu küçəyə daxil ola bilmir. Sakinlərin sözlərinə görə, mövcud problem xüsusilə yaşlılar, məktəblilər və işə gedib-gələn şəxslər üçün ciddi çətinlik yaradıb.
"Yol bərbad vəziyyətdədir. Bilmirik ki, dərdimizi kimə deyək. Avtobusun buraya gəlməməsi sırf yolun vəziyyəti ilə bağlıdır. Hətta taksilər də məhəlləyə daxil ola bilmirlər", - deyə sakinlərdən biri narazılığını ifadə edib. Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemdən məlumatlıdırlar. Qurumun açıqlamasına görə, intensiv yağışlardan sonra yol örtüyünün yuyulması səbəbindən ərazidə bu cür vəziyyət yaranıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər