Dünya
Samvel Karapetyan Ermənistan parlamentinin spikerini məhkəməyə verdi
İş adamı və Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan Ermənistan parlamentinin spikeri Alen Simonyanı məhkəməyə verib. Məhkəmə iddiasında tələb edib ki, böhtan atdığına görə Simonyandan 6 milyon dram məbləğində mənəvi təzminat alınsın. Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən məlumat verir. Karapetyanın müdafiəsi məhkəmədən tələb edir ki, Simonyanın 19 may tarixində "TikTok" və "Facebook"dakı paylaşımlarında yer alan böhtan xarakterli məlumatları açıq şəkildə təkzib etməsinə qərar versin. Alen Simonyan xüsusilə öz paylaşımlarında Karapetyan haqqında danışarkən hüquq-mühafizə orqanlarına çağırış edib ki, başqa bir xarici kəşfiyyat xidmətinin əməkdaşının siyasətlə məşğul olmasının və Ermənistanda partiya yaratmasının necə mümkün və nə dərəcədə qanuni olduğunu araşdırsınlar. İş adamının müdafiəsi iddia edir ki, Simonyanın bəyanatları tamamilə yalandır, həqiqətə uyğun deyil və Karapetyanın nüfuzuna xələl gətirir.
Mənbə
oxu.az