Cəmiyyət

Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib

30 May 2026, 18:45 2 baxış
Avropadan Azərbaycana ən çox turist bu ölkələrdən gəlib

Bu ilin yanvar-mart aylarında Azərbaycana Avropa ölkələrindən 41 941 turist səfər edib.


Axar.az rəsmi statistikaya istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.


O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 20 731 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 3,5% çoxdur.


Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib - 7 688 nəfər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,04% azdır.


Bundan əlavə, Belarusdan 4 208 nəfər (-14,8%), Polşadan 2 153 nəfər (+38,9%), Moldovadan 1 042 nəfər (+2,5%), Macarıstandan 970 nəfər (+59,8%), Rumıniyadan 694 nəfər (+16,4%), Çexiyadan 680 nəfər (+8,8%), Litvadan 636 nəfər (+39,5%), , Serbiyadan 451 nəfər (+1,3%), Slovakiyadan 372 nəfər (+27,8%), Latviyadan 359 nəfər (+4,4%), Bolqarıstandan 331 nəfər (-16,2%), Xorvatiyadan 285 nəfər (+50%), Estoniyadan 284 nəfər (+3,3%), Sloveniyadan 151 nəfər (+20,8%), Bosniya və Hersoqovinadan 118 nəfər (-7,1%), Kiprdən 94 nəfər (+42,4%), Şimali Makedoniyadan 83 nəfər (-14,4%), Albaniyadan 75 nəfər (+7,1%) Monteneqrodan isə 57 nəfər (-57,1%) turist gəlib.


Üç ay ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 21 210 nəfər turist gəlib. Bu da ötən ilin eyni dövrünə nisbətən 29% çoxdur.


Qərbi Avropa ölkələri arasında ən çox turist 5 668 nəfər olmaqla Böyük Britaniyadan gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,7% çoxdur.


Bundan əlavə, Almaniyadan 5 024 nəfər (+76,5%), İtaliyadan 2 933 nəfər (+21,1%), Fransadan 1 415 nəfər (+ 14,4%), İspaniyadan 1 245 nəfər (-6,7%), Niderlanddan 867 nəfər (-0,9%), Belçikadan 653 nəfər (+38,3%), Portuqaliyadan 550 nəfər (+17%), Avstriyadan 499 nəfər (+29,3%), İsveçdən 421 nəfər (+8,2%), İsveçrədən 387 nəfər (+13,5%), Yunanıstandan 386 nəfər (+ 2,1%), İrlandiyadan 345 nəfər (+24,5%), Norveçdən 288 nəfər (+35,8%), Danimarkadan 235 nəfər (+33,5%), Maltadan 72 nəfər (-5,3%), Finlandiyadan 110 nəfər (-35,7%), Lüksemburqdan 67 nəfər (-35,6%), İslandiyadan 35 nəfər (+ 20,7%), Andorradan 10 nəfər (2,5 dəfə çox) turist gəlib.


Hesabat dövründə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Mənbə axar.az

Oxşar Xəbərlər