Dünya
Ərdoğan azərbaycanlı müğənninin ifasını müşayiət etdi - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin ildönümü münasibətilə təşkil edilən tədbirdə səhnəyə çıxan tanınmış azərbaycanlı sənətçi Azərinə dəstək verib. Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı sənətçinin ifa etdiyi "Türklər gəlir" mahnısını zümzümə edib.
Tədbir çərçivəsində Qazaxıstanın "Alatau" musiqi qrupu və Azərbaycanın Xalq artisti Azərin səhnə alıblar. Azərin "Türklər gəlir" və hər kəsin sevdiyi "Çırpınırdı Qara dəniz" mahnılarını səsləndirib. Prezident Ərdoğan Azərin tərəfindən ifa olunan "Türklər gəlir" mahnısının nəqarət hissəsində əlləri ilə ritm tutaraq sənətçini müşayiət etdiyi anlar kameraların obyektivinə düşüb.

Mənbə
oxu.az