Dünya

KİV: İran raket arsenalını sürətlə bərpa edir

29 May 2026, 19:36 1 baxış
KİV: İran raket arsenalını sürətlə bərpa edir
İran ABŞ-İsrail bombardmanlarından sonra öz raket arsenalını operativ şəkildə bərpa edir. Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinin təhlilinə istinadən məlumat yayıb. Peyklərdən alınan yeni məlumatlar göstərir ki, İran yeraltı arsenallarda saxlanılan nəhəng raket ehtiyatlarına yenidən çıxış əldə edib. Bu isə Prezident Donald Trampın ABŞ ordusunun İranın hərbi potensialını demək olar ki, tamamilə məhv etməsi barədə bəyanatlarını şübhə altına qoyur. Qeyd edilir ki, Yaxın Şərq münaqişəsinin qaynar fazası zamanı ABŞ İranın bir çox arsenal kompleksini sıradan çıxarıb, onların girişlərini dağıdıb və raket ehtiyatlarını doldurmaq imkanından məhrum edib. Materialın müəllifi qeyd edir ki, indi İran yalnız buldozerlər və özüboşaldan yük maşınlarının köməyi ilə Vaşinqtonun Tehranı tərk-silah etmək strategiyasının bu fəsadlarını operativ şəkildə aradan qaldırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər