Dünya
Çin nüvə müharibəsi ssenarisinə hazırlaşır? - FOTO
Çin nüvə müharibəsi ssenarisinə hazırlaşır və səhranın ortasında nəhəng hərbi obyektlər şəbəkəsi inşa edir. Tikintinin miqyası o qədər genişdir ki, səhranın minlərlə kvadratkilometr ərazisini əhatə edir. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi əlində olan peyk görüntülərinə istinadən məlumat verib. Qeyd edilir ki, Çin hökuməti ölkənin şimal-qərbindəki Sintszyan Uyğur Muxtar Vilayətinin boş qalan Hami səhra ərazisində, təcrid olunmuş nüvə raketləri şaxtalarının yaxınlığında buraxılış meydançaları, bunkerlər və rabitə qovşaqlarının çoxşaxəli şəbəkəsini qurur. 80-dən çox obyekt tamamlanıb. Peyk şəkillərində Çinin qitələrarası raketlərinin yerləşdirildiyi yerlərin yaxınlığında 80-dən çox buraxılış meydançası, bunkerlər, rabitə mərkəzləri, aerodromlar, dəmiryol qovşaqları və silah anbarları görünür. Agentlik iddia edir ki, bu şaxtalarda Pekinin arsenalındakı ən uzaqmənzilli raketlər saxlanılır. Təhlükəsizlik üzrə üç analitik şəkilləri nəzərdən keçirdikdən sonra bildirib ki, fotolarda, həmçinin elektron müharibə, peyk rabitəsi və əməliyyatların idarəolunması üçün istifadə edilə biləcək obyektlər də əks olunub.
"Reuters" qeyd edir ki, əvvəllər haqqında məlumat verilməyən tikintinin miqyası Çinin qurudakı nüvə qüvvələrini qorumaq və istismar etmək üçün nəzərdə tutulmuş və möhkəmləndirilmiş infrastrukturun genişləndiyini göstərir. Ümumilikdə bu şəbəkə Pekinin cavab zərbəsinin endirilməsi imkanlarını təmin etmək üzrə səylərinin əhəmiyyətli dərəcədə artdığını göstərir. Nəşrdə bildirilir ki, Sintszyan-Uyğur bölgəsindəki yeni infrastruktur son altı ildə tikilmiş iki səkkizguşəli tikili ətrafında cəmləşib. Hər ikisi nüvə şaxtalarından cənub-qərbdə yerləşir - biri təxminən 140 kilometr, digəri isə təxminən 230 kilometr məsafədə. Peyk görüntüləri göstərir ki, səkkizguşəli tikililərdə personal üçün yaşayış yerləri və böyük hərbi texnika yerləşdirilib. Bəzi görüntülərdə may və aprel aylarında, həmçinin bu texnikanın iştirakı ilə təlimlər də əks olunub. Təhlükəsizlik məsələləri üzrə mütəxəssisləri bildiriblər ki, tikilmiş buraxılış meydançaları mobil zenit raketləri, radioelektron müharibə qovşaqlarının yerləşdirilməsi üçün istifadə edilə bilər, ən böyüklərində isə qitələrarası ballistik raketlərin mobil buraxılış qurğularını yerləşdirmək mümkündür. Üçüncü səkkizguşəli tikili poliqon kimi istifadə olunur. Peyk görüntüləri Qərb təyyarələrinin maketlərini, zədələnmiş binaları və bu ərazidə qazılmış çuxurları olan torpağı göstərir. Qeyd edək ki, martın 21-də ABŞ kəşfiyyat icmasının təqdim etdiyi hesabatda bildirildiyinə görə, Rusiya, Çin, Şimali Koreya, İran və Pakistan nüvə və ənənəvi başlıqlara malik raket sistemləri hazırlayırlar və ABŞ ərazisini vura bilərlər. CNN telekanalının fevral ayının sonunda yazdığına görə, ABŞ kəşfiyyat orqanları ehtimal edirlər ki, Çin yeni nəsil nüvə silahları hazırlayır və son illərdə öz arsenalının modernləşdirilməsi çərçivəsində ən azı bir gizli sınaq keçirib.

Mənbə
oxu.az