Dünya

Rumıniyada üç zirehli maşın toqquşdu: Çox sayda əsgər yaralandı

29 May 2026, 15:18 20 baxış
Rumıniyada üç zirehli maşın toqquşdu: Çox sayda əsgər yaralandı
Rumıniyanın Selaj əyalətində üç "Piranha 5" zirehli maşını toqquşub, nəticədə ordunun 11 hərbi qulluqçusu yaralanıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Realitatea" telekanalı məlumat verib. Məlumata görə, kolon halında hərəkət edən zirehli maşınlar nəqliyyat vasitələri arasında müəyyən edilmiş məsafənin pozulması səbəbindən toqquşub. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Zirehli maşınların sürücüləri alkotesterdən keçiriliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər