Şou biznes
Bred Pitt və Ancelina Colinin övladlığa götürdükləri oğlan soyadını dəyişir
Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin övladlığa götürdükləri Meddoks Coli-Pitt atasının soyadından imtina proseduruna başlayıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə TMZ portalı məlumat verib. "Meddoks soyadının dəyişdirilməsi üçün sənədlər təqdim edib. O, Pitti silmək və soyadını və adını Meddoks Şivan Coli olaraq dəyişdirmək istəyir", - deyə portal yazıb. Jurnalistlər xatırladıblar ki, Coli Meddoksu 2002-ci ildə övladlığa götürüb. O, uşağı yeddiaylıq olanda Kambocadakı yetimlər üçün sığınacaqdan götürüb. Pitt və Coli yaxınlaşdıqları zaman aktyor oğlanı övladlığa götürüb. Bu, 2006-cı ildə baş verib. 44 yaşlı Hollivud ulduzu Ancelina Colinin altı uşağı var: doğma uşaqları - Şaylo (13 yaş) və əkizləri Noks və Vivyen (11 yaş), eləcə də övladlığa götürülmüş uşaqları - Meddoks (18 yaş), Paks (15 yaş) və Zahara (14 yaş).
Mənbə
oxu.az