Şou biznes

Nikolas Keyc soyadını rəsmən dəyişdi

29 May 2026, 06:30 3 baxış
Nikolas Keyc soyadını rəsmən dəyişdi
Amerikalı aktyor Nikolas Keyc öz həqiqi soyadı olan Koppolanı daşımaqdan əl çəkib və pasport üzrə rəsmən Nikolas Keyc olub. Oxu.Az bu barədə "El Pais" qəzetinə istinadən xəbər verir. Məşhur sənətçi doğma əmisi - rejissor Frensis Ford Koppolanın kölgəsində qalmamaq və kino sənayesində uğurla çalışmaq üçün hələ karyerasının lap əvvəlində öz soyadından imtina etmişdi. Nəşrdə qeyd olunur ki, Keycə adını rəsmi şəkildə dəyişmək üçün 60 ildən çox vaxt lazım gəlib. Yanvarın 7-də 62 yaşı tamam olan aktyor daha Nikolas Kim Koppola adını daşımadığını bildirib. O, uzun zamandır gözlənilən bu addımdan tam məmnun qaldığını ifadə edib və məşhur sülalə ilə formal əlaqəni qəti olaraq qopardığını təsdiqləyib. Keycin sözlərinə görə, başqasının sülaləsinin kölgəsində qalmaqdansa, öz ailəsinin başçısı olmaq daha yaxşıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər