Cəmiyyət

Novxanıda içməli su günlərdir yola axır? - ADSEA-dan AÇIQLAMA - VİDEO

29 May 2026, 02:12 3 baxış
Novxanıda içməli su günlərdir yola axır? - ADSEA-dan AÇIQLAMA - VİDEO
Abşeronda içməli su günlərdir yola axır. Oxu.Az xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətti"nə məlumat daxil olub.
Qeyd edilib ki, rayonun Novxanı bağlar massivində beşinci dalan, Qaçaq Nəbi küçəsində günlərdir içməli su yolboyu axıb gedir. Nəticədə yolun asfalt örtüyü dağılır, eyni zamanda sakinlərin evlərinə və həyətlərinə su dolur. Vəziyyətdən narazı olan sakinlər bu haldan bezdiklərini qeyd ediblər. Şikayətçilər bununla bağlı tədbir görülməsini, yolboyu axan suyun mənbəyinin tapılaraq problemin qarşısının alınmasını istəyirlər. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, sözügedən ərazidə müşahidə olunan su axıntısı içməli su deyil və axan sular qrunt sularıdır: "Güclü yağışlardan sonra onların həcmi təbii olaraq artır. Ərazidə tullantı su şəbəkəsi, eləcə də yağış drenaj xətləri mövcud deyil. Bakının Baş Planına uyğun olaraq, infrastrukturun qurulması məqsədilə bu kimi ərazilərdə mərhələli şəkildə işlər həyata keçirilir".
Mənbə oxu.az

Oxşar Xəbərlər