Cəmiyyət

Yollarda təhlükəsizlik üçün tətbiq olunan qayda sıxlığa səbəb olur? - VİDEO

29 May 2026, 03:00 2 baxış
Yollarda təhlükəsizlik üçün tətbiq olunan qayda sıxlığa səbəb olur?  - VİDEO
Son illərdə yollarda nişanlanma xətləri ilə təhlükəsizlik adacıqları yaradılır. Bu kimi xətlənmələrə çox rast gəlinir. Bəzən xətti tapdalamağa və yaxud üzərində avtomobili saxlamağa görə cərimələr tətbiq olunur. Bəs bu adacıqların mahiyyəti nədən ibarətdir? Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, mövzuya münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin sözlərinə görə, bəzi yerlərdə bu tip xətləmələr düzgün aparılmayıb. Nəticədə sıxlıq yaranır və yaxud işarəni görməyən şəxslər cərimələnirlər.
Adacıqların üzərinə çıxan şəxsləri 40 manat məbləğində cərimə gözləyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər