Cəmiyyət

Bakıda tarixi binada qanunsuz tikinti aparılıb? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

29 May 2026, 01:36 1 baxış
Bakıda tarixi binada qanunsuz tikinti aparılıb? - Sakinlərdən ŞİKAYƏT - VİDEO
Bakının Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən və dövlət tərəfindən qorunan tarixi binanın mühafizə zonasında, sakinlərin iddiasına görə, qanunsuz şəkildə su çəni yerləşdirilib, sanitar qovşağı yaradılıb. Şikayətçi bildirir ki, məsələ ilə bağlı etiraz edərkən mübahisə yaranıb və nəticədə onun azyaşlı övladı xəsarət alıb. Bəs tarixi binanın mühafizə zonasında bu işlər hansı əsasla aparılıb və baş verən hadisəyə görə kimlər məsuliyyət daşıyır? Şikayətçi sakin baş verənləri Baku TV-yə belə şərh edib:
"Mən bu tarixi binanın sakiniyəm. Bu binanın sədri öz işçiləri ilə bərabər bizim binamızın - tarixi binamızın mühafizə zonasını zəbt edib. Burada sanitar qovşağı tikiblər, su çəni qoyublar. Bu binanın sədri bizə təzyiq göstərir və dövlətin qanununu yerinə yetirmir". Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, vətəndaş müraciəti əsasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları qeyd olunan əraziyə yerində baxış keçirib. Baxış zamanı iki bina arasında dəmir darvazanın, eləcə də əlavə qurğunun quraşdırıldığı faktı öz təsdiqini tapıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər