Digər
ABŞ Kuba rejiminin süqutuna hazırlaşır
ABŞ administrasiyası Kubada totalitar hökumətin mümkün süqutuna hazırlaşır və adada xaos yaranacağı halda hərbi reaksiya planlarını hazırlayır.
Axar.az xəbər verir ki, bu barədə “Axios” amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyası iqtisadi sanksiyalar vasitəsilə Havana rejiminə təzyiq göstərmək niyyətindədir.
“Bunu ən yaxşı şəkildə “akselerasionizm” kimi təsvir etmək olar. Amma biz hələlik rejimi məhv etmək istəmirik. Bunun öz sistemi var. Hər şey mərhələli şəkildə baş verir”, - administrasiyanın yüksəkvəzifəli nümayəndələrindən biri bildirib.
Mənbə
axar.az