Cəmiyyət

Azərbaycanda abortların sayı rekord həddə...

29 May 2026, 00:36 2 baxış
Azərbaycanda abortların sayı rekord həddə...

Ötən il Azərbaycanda abortların sayı artıb.


Axar.az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2025-ci ildə ölkə üzrə 95117 abort qeydə alınıb. Bu da son illər ərzində ən yüksək göstəricidir.


Belə ki, abortların sayı 2021-ci ildə 46877, 2022-ci ildə 57999, 2023-cü ildə 73816, 2024-cü ildə isə 78245 olub.


Ötən il qeydə alınan abortların 22811-i 35 yaş və yuxarı qadınlar, 3244-ü 15-19, 66-sı isə 15-17 yaşlı qadınlar tərəfindən etdirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər