Cəmiyyət

Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstan paytaxtından yola düşüb

28 May 2026, 21:42 3 baxış
Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstan paytaxtından yola düşüb
Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstandan Azərbaycana yola salınıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, qatar ertəsi gün saat 06:24-də Bakıya çatacaq. Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək. Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər