Cəmiyyət

Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü

28 May 2026, 21:16 3 baxış
Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü

Bakı-Tiflis-Bakı sərnişin qatarı Gürcüstandan Azərbaycana yola salınıb.


Axar.az Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) istinadən xəbər verir ki, qatar sabah saat 06:24-də Bakıya çatacaq.


Qeyd edək ki, Bakı–Tiflis–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq verilir.


Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanır.

Mənbə axar.az

Oxşar Xəbərlər