Cəmiyyət
Göyçayda qəzada ölən yeniyetmə 7-ci sinif şagirdi imiş - FOTO
Ötən gün Göyçay rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə nəticəsində 1970-ci il təvəllüdlü Hüseyn Salahov və 2012-ci il təvəllüdlü E.Feyzullayeva dünyasını dəyişiblər. Əldə etdiyimiz məlumata görə, qəzada həyatını itirən 2012-ci il təvəllüdlü Elmira Feyzullayeva Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəbin VII sinif şagirdi olub. Qeyd edək ki, qəza zamanı avtomobillərdə olanlar - 1968-ci il təvəllüdllü İmran Əmrahov və bacısı, 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1988-ci il təvəllüdlü sürücü Arzu Feyzullayeva və 2016-cı il təvəllüdlü L.Feyzullayeva xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Mənbə
oxu.az