Siyasət

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

27 May 2026, 01:14 3 baxış
Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının açıq debatında çıxış edib.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, debat Çinin sədrliyi ilə “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət olunması və çoxtərəfliliyin gücləndirilməsi” mövzusunda keçirilib.


Nazir çıxışı zamanı beynəlxalq hüququn prinsiplərinin qorunmasının və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər