Siyasət
İqor Sergeyenko: "Azərbaycanla münasibətlərimiz yüksək səviyyədədir" - VİDEO
Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Azərbaycan-Belarus iqtisadi əlaqələri barədə Baku TV-yə müsahibə verib. Sədr Belarus və Azərbaycan münasibətlərinin hansı səviyyədə olması ilə bağlı suala belə cavab verib:
"Qısa desəm, münasibətlərimizin səviyyəsini strateji tərəfdaşlıq kimi xarakterizə edərdim. Bu, həm dövlətlərimiz, həm də xalqlarımız arasında dostluq və işgüzar əlaqələrin yüksək inkişaf səviyyəsini göstərir. Bu qarşılıqlı fəaliyyətin və əməkdaşlığın əsas istiqamətini ölkələrimizin liderləri - Belarus Prezidenti Aleksandr Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan sıx münasibətlər müəyyən edir. Son illərdə ən yüksək səviyyədə təmasların dinamik şəkildə inkişaf etdiyini görürük. Buraya hökumət rəhbərlərinin, parlament nümayəndələrinin, işgüzar dairələrin, nazirlik və qurumların, eləcə də vətəndaşlarımızın və deputatlarımızın qarşılıqlı səfərləri daxildir".

Mənbə
oxu.az