Cəmiyyət

Bəzi qadınlar pensiyaya 60 yaşında çıxsınlar - TƏKLİF

26 May 2026, 12:41 2 baxış
Bəzi qadınlar pensiyaya 60 yaşında çıxsınlar - TƏKLİF
"Qadınların erkən pensiyaya çıxması məsələsi getdikcə aktuallaşacaq". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumat"ın müzakirəsi zamanı deyib. O bildirib ki, hazırda ölkədə qadınların pensiya yaşı 65-dir ki, bu da MDB məkanında yüksəkdir: "Azərbaycanda beş və daha çox övladı olan ailə çoxuşaqlı hesab olunur. Belə ailələrin xüsusi çəkisi 3%-in altındadır. Ona görə də çoxuşaqlı ailə modeli beşdən üç uşağa endirilsə, bu, analara beş il tez pensiyaya çıxmaq hüququ qazandıracaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər