Cəmiyyət

Hicran Hüseynova: "Məişət zorakılığının qurbanları üçün sığınacaqlar yetərli deyil"

26 May 2026, 11:50 1 baxış
Hicran Hüseynova: "Məişət zorakılığının qurbanları üçün sığınacaqlar yetərli deyil"
"Məişət zorakılığının qurbanları üçün sığınacaqlar yetərli deyil". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"nın müzakirəsi zamanı deyib. O bildirib ki, bu istiqamətdə də işlər davam etdirilməlidir: "Məlumatda bir çox yeni istiqamətlər öz əksini tapıb. Onlardan biri də məhkəmə qərarları çıxarılarkən müvafiq qanunlara istinad edilməsidir. 2025-ci il ərzində çıxarılmış məhkəmə qərarlarında "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununa istinad edilmiş işlərin sayı 19 olub. Bu, yaxşı bir nəticədir. Çünki, həmişə bu məsələni qaldırırıq ki, qəbul olunan müvafiq qanunlara istinad edilən məhkəmə qərarları haqqında məlumatlara ya az rast gəlinir, ya da heç yoxdur".
Mənbə oxu.az

Oxşar Xəbərlər