Cəmiyyət

Komitə sədri: "Ailə planlaşdırılması haqqında yeni qanuna ehtiyac var"

26 May 2026, 11:54 1 baxış
Komitə sədri: "Ailə planlaşdırılması haqqında yeni qanuna ehtiyac var"
Azərbaycanda yeni qanunun qəbul olunması təklif olunur. Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"nın müzakirəsi zamanı deyib. O bildirib ki, "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında" Qanunun qəbul edilməsinə də ehtiyac var: "Qızların təhsil alması, peşəyə yiyələnməsi, məşğulluğu üçün sosial proqramlar tətbiq etməliyik. Gender bərabərliyi mədəniyyətinin təbliğini xüsusi ilə gücləndirməliyik. Vətəndaş cəmiyyəti və media bu sahədə daha aktiv iştirak etməlidir".
Mənbə oxu.az

Oxşar Xəbərlər