Şou biznes

BTS ABŞ-də yüksək mükafat qazandı - VİDEO

26 May 2026, 09:48 2 baxış
BTS ABŞ-də yüksək mükafat qazandı - VİDEO
ABŞ-nin Las-Veqas şəhərində yerləşən "MGM Grand Garden Arena" konsert kompleksində baş tutan "American Music Awards" musiqi mükafatları gecəsində BTS qrupu ən mühüm nominasiya sayılan "İlin artisti" adını qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Billboard" nəşri yayıb.
Mərasimin açılış hissəsində "Hooligan" adlı mahnını ifa edən qrup gecənin əsas mükafatı uğrunda gedən rəqabətdə Teylor Svift, Harri Stayls, Kendrik Lamar, Ledi Qaqa, Sabrina Karpenter və başqa ulduzları geridə qoymağa müvəffəq olub. Məlumat üçün bildirək ki, "American Music Awards" 1973-cü ildə "Qremmi" mükafatına alternativ kimi yaradılıb. Mükafatlar hər bir internet istifadəçisinin qatıla biləcəyi onlayn səsvermə nəticəsində təqdim olunur. Namizədlər isə səsyazmaların satış göstəriciləri, kliplərin izlənmə sayı, həmçinin sosial platformalardakı fəallıq səviyyəsi hesablanaraq müəyyən edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər