Cəmiyyət

Ağdama qayıdan Amaliya Quliyeva: "Doğma torpağa dönmək qürurverici və unudulmaz gündür"

26 May 2026, 06:34 2 baxış
Ağdama qayıdan Amaliya Quliyeva: "Doğma torpağa dönmək qürurverici və unudulmaz gündür"
"Şəhidlərimizin, qazilərimizin qarşısında baş əyirəm, dövlətimizin başçısının rəhbərliyi ilə onların sayəsində doğma yurduma qayıdıram". Oxu.Az xəbər verir ki, bu sözləri Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Amaliya Quliyeva deyib. O bildirib ki, illərlə həsrətində olduğu doğma torpağa qayıtmaq onun üçün qürurverici və unudulmaz gündür: "Bu günü uzun illər gözləmişik. Nəhayət, öz yurdumuza qayıdırıq. Bu sevinci bizə yaşadan hər kəsə minnətdaram". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər