Cəmiyyət
Keçmiş məcburi köçkün: "Biz o torpaqda elə gəzməliyik ki, şəhidlərimizin ruhu inciməsin"
"Ali Baş Komandan bizi qürurlandırdı, yaşamaq eşqi və hünər verdi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Biz o torpaqda elə gəzməliyik ki, şəhidlərimizin ruhu inciməsin". Oxu.Az xəbər verir ki, bu sözləri Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Nuridə Məmmədova deyib. O bildirib ki, 25 yaşında Ağdamdan çıxıb: "64 yaşında qayıdıram". Məhərrəm Əliyev
Mənbə
oxu.az
Oxşar Xəbərlər