Cəmiyyət
Əkin sahələrinin yandırılmasına görə böyük məbləğdə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
Bəzi hallarda vətəndaşlar həşəratları, xəstəlik törədən mikroorqanizmləri məhv etmək və ya başqa səbəblərə görə əkin sahələrini yandırırlar. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu əkin sahələrinin qəsdən yandırılması ilə bağlıdır. Azərbaycanda əkin sahələrinin yandırılması qanunla qadağan edilib.
Bu pozuntuya görə cərimələr də müəyyənləşib. Belə ki, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilirlər və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilirlər. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirlər və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimə olunurlar.

Mənbə
oxu.az
Oxşar Xəbərlər