Cəmiyyət

İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO

26 May 2026, 03:00 1 baxış
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Bir zamanlar xaricdən, xüsusilə də Amerikadan avtomobil alan vətəndaşların ən çox diqqət etdiyi məqamlardan biri maşının nə vaxtsa su altında qalıb-qalmaması idi. Çünki suya düşən avtomobillərdə sonradan ciddi texniki nasazlıqlar yarana bilir. Son günlər ölkədə yağan güclü yağışlar nəticəsində isə onlarla avtomobil su altında qalıb. Hazırda həmin nəqliyyat vasitələrinin bir qismi ikinci əl bazarına çıxarılaraq satışa təqdim olunur. Oxu.Az xəbər verir ki, maşın ustası Əlövsət Əliyev mövzu ilə bağlı fikirlərini Baku TV-yə belə ifadə edib: "Bir müddət keçəndən sonra - bu, bir neçə gün də ola bilər, bir neçə ay da - artıq fəsadlar özünü göstərməyə başlayır. Elə avtomobillər var ki, işlənmiş qazların xaricetmə sistemi suya daxil olduqda oradan hava çəkir və ciddi problemlər yaranır".
Mütəxəssislər bildirirlər ki, ikinci əl avtomobil alarkən onun su altında qalıb-qalmadığını müəyyən etməyin ən doğru yolu maşını almamışdan əvvəl peşəkar servisdə yoxlatdırmaqdır. Çünki bəzi satıcılar suyun yaratdığı izləri gizlətməyə çalışırlar. Nəqliyyat sahəsi üzrə ekspert Eyyub Əliyev də alıcılara diqqətli olmağı tövsiyə edərək məsələni belə şərh edib: "Arzuolunandır ki, istənilən ikinci əl avtomobili alarkən onu mütləq həmin markanın rəsmi servis mərkəzində diaqnostika etdirəsiniz və peşəkar ustaların baxış keçirməsini təmin edəsiniz".
Mənbə oxu.az

Oxşar Xəbərlər