Cəmiyyət
Azərbaycanla Rusiya arasında kritik görüş
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev arasında görüş olub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı hərtərəfli Rusiya-Azərbaycan müttəfiqliyinin daha da gücləndirilməsi, o cümlədən Cənubi Qafqazda və Xəzər regionunda sülh, sabitlik və əməkdaşlığın təməllərinin möhkəmləndirilməsi üçün məhsuldar birgə işi davam etdirmək barədə qarşılıqlı öhdəlik təsdiqlənib.
Mənbə
axar.az