Cəmiyyət
Nazir müavini Bakı-Tiflis qatarının yola düşməsindən danışdı
Bakı-Tiflis qatarının yolda salınması xalqımıza xeyirli olsun. Bu Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticəsidir.
Axar.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Bakı-Tiflis sərnişin qatarının yola salınması zamanı deyib.
O qeyd edib ki, Bakı-Tiflis sərnişin qatarı xalqımızın, iki dövlətin vətəndaşlarının gediş-gəlişini daha da asanlaşdıracaq.
Qeyd edək ki, Cavid Qurbanov Bakı-Tiflis qatarının ilk sərnişlərindən biri olub.
Mənbə
axar.az