Cəmiyyət
Bakı-Tbilisi-Bakı qatarı yenidən yola düşdü: Uzun fasilədən sonra ilk reys - VİDEO
Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib. Oxu.Az-ın məlumatına görə, qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da yola salınıb. Bu marşrut üzrə İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edir.
Sərnişinlərə komfort, komfort+ və lüks siniflər üzrə xidmət göstəriləcək. Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edilir. Qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub. Bakı-Tbilisi-Bakı qatarları Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq.
{{gallery}}

Mənbə
oxu.az