Cəmiyyət

6 il sonra Bakıdan Tiflisə ilk sərnişin qatarı yola düşdü

25 May 2026, 23:20 1 baxış
6 il sonra Bakıdan Tiflisə ilk sərnişin qatarı yola düşdü

Bakı-Tiflis-Bakı marşrutu üzrə ilk sərnişin qatarı Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da yola salınıb.


Axar.az xəbər verir ki, bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edir.


Sərnişinlərə komfort, komfort+ və lüks siniflər üzrə xidmət göstərir.


Qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, Tiflisdən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.


Bakı–Tiflis–Bakı qatarları Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər