Cəmiyyət

Bakı-Tbilisi-Bakı qatarının sərnişini: "Dövlət başçısına təşəkkür edirəm ki, qərar verdi və qatar yolu açıldı"

25 May 2026, 22:52 1 baxış
Bakı-Tbilisi-Bakı qatarının sərnişini: "Dövlət başçısına təşəkkür edirəm ki, qərar verdi və qatar yolu açıldı"
"Dövlət başçısına təşəkkür edirəm ki, qərar verdi və qatar yolu açıldı". Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı-Tbilisi-Bakı qatarının sərnişini Telman Kazımov deyib. O bildirib ki, qatar yolunun fəaliyyətə başlaması gediş-gəlişi asanlaşdıracaq: "Azərbaycanın yarısı oradadır. Qız alıb, qız verirdik. Yolların bağlı olması buna mane olurdu. İndi isə hamı rahatlıqla gedib-gələcək. Yaslarımıza, xeyir işlərimizə rahat gedəcəyik. Mübarək olsun bu qatarımız. Allah hər kəsin başından zəkasını, belindən qüdrətini, dizindən taqətini, cibindən bərəkətini, dodağından gülüşünü əskik etməsin. Ali Baş Komandan min yaşasın. Gürcüstanla azərbaycanlıların hər zaman dostluğu möhkəm olub. Yol mədəniyyətdir, irsdir. Sonuncu dəfə 6-7 il əvvəl getmişdim, şükür ki, yenidən qatarla doğma yurduma səfər edirəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər