Cəmiyyət
Şəkidə iki gün əvvəl düzəldilən körpünü yenə sel apardı - VİDEO
Şəkidə sel suları bir sıra fəsadlara səbəb olub. Belə ki, yağan yağışlar nəticəsində Göynük kəndinin Baş Şabalıda birləşdirən ərazisində körpünü su aparıb. Nəticədə, sakinlərin gediş-gəlişi məhdudlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib. "Suötürücü yağış suyunu götürmür. Bu hadisə tez-tez baş verir. İki gün əvvəl də dağılmışdı, düzəltdilər, yenə dağıldı. Əkin sahələrimiz kənddən aşağı hissədədir, keçə bilmirik. Bu səbəbdən bu gün işlərimizi görə bilmədik", - deyə kənd sakin bildirib. "Özümü təhlükəyə atıb çörək almağa keçmişəm. Camaat ac-susuz qalacaq. Daşqınlar olur. Sel sularına görə pis vəziyyətdəyik. İşıqlarımız da yanmır", - başqa bir sakin qeyd edib.
Mənbə
oxu.az