Cəmiyyət

12 ildir unudulan magistral: Çuxurlar sürücüləri bezdirdi - VİDEO

25 May 2026, 20:36 1 baxış
12 ildir unudulan magistral: Çuxurlar sürücüləri bezdirdi - VİDEO
H.Z.Tağıyev-Sahil avtomobil yolu bərbad vəziyyətdədir. Yolun, xüsusilə, Qızıldaş qəsəbəsindən Müşfiqabad qəsəbəsinə qədər olan hissəsi tamamilə sıradan çıxıb. R6 magistralında işıqlandırma sisteminin olmaması isə gecə saatlarında qəza riskini daha da artırır. 2014-cü ildə əsaslı təmirdən sonra istifadəyə verilən 42 kilometrlik bu xətt artıq 12 ildir ki, bərpa edilmir. Mövcud acınacaqlı vəziyyət hər gün həmin yoldan keçən sürücülərin haqlı narazılığına səbəb olur. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib. Yolun vəziyyətindən şikayətlənən sürücülərdən biri problemləri belə ifadə edib: "Maşın cəmi iki reys edəndən sonra gedib diski, hava yastıqlarını və rezin hissələri dəyişməli oluruq. Bura çox işlək yoldur. Sürücülərin normal istifadə edə bilməsi üçün mütləq şəkildə təmir olunmalıdır".
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, yolun istismar vəziyyəti davamlı olaraq monitorinq edilir: "Yaxın vaxtlarda sözügedən yolda hərəkətin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə cari təmir işləri icra olunub. Yolun texniki vəziyyəti nəzərə alınaraq gələcəkdə orada əsaslı təmir işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər