Cəmiyyət
Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafiki AÇIQLANDI - FOTO
Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafiki açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tbilisidən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək. Səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir. Qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tbilisi stansiyalarında dayanacaq.
Mənbə
oxu.az