Cəmiyyət

25 yaşlı gənc faciəvi şəkildə öldü

25 May 2026, 13:31 10 baxış
25 yaşlı gənc faciəvi şəkildə öldü

Biləsuvar rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.


Axar.az xəbər verir ki, hadisə mayın 24-də axşam saatlarında rayonun Bağbanlar kəndində baş verib.


Kənd sakini, 2001-ci il təvəllüdlü Tural Məmmədli yaşadığı evin həyətində iş görərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər