Cəmiyyət
İranda faciəli şəkildə həlak olan baş konsulun cənazəsi Azərbaycana gətirildi
Azərbaycanın Təbrizdəki baş konsulu Ramil İmranovun cənazəsi ölkəmizə gətirilib. Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. O bildirib ki, mərhumun cənazəsi Göyçay rayonunda dəfn olunacaq. Qeyd edək ki, R.İmanov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək həlak olub.
Mənbə
oxu.az