İdman

"Sabah"ın Çempionlar Liqasında mümkün rəqibləri məlum olub

24 May 2026, 15:12 11 baxış
"Sabah"ın Çempionlar Liqasında mümkün rəqibləri məlum olub
"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, klubun potensial rəqibləri sırasında İrlandiyanın "Şemrok Rovers", Uelsin TNS, İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın "KuPS", Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora", Cəbəllüttariqin "Linkoln", Rumıniyanın "Universitatya", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" kollektivləri yer alıb. Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 16-da, qarşılaşmalar isə iyulun 7-8 və 14-15-də baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər