İdman

"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri

24 May 2026, 12:39 11 baxış
"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.


Axar.az xəbər verir ki, oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.


Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. "Qarabağ", həmçinin "Ferentsvaroş" (Macarıstan), "Dinamo" (Kiyev, Ukrayna), "Hayduk" (Xorvatiya), MOİK (Bolqarıstan) və "Şerif" (Moldova) səpələnmişlər sırasında olacaq.


Mümkün rəqiblərin qərarlaşdığı səpələnməmiş səbətində isə aşağıdakı komandalar yer alıb: "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya), "Vestri" (İslandiya).


Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün II təsnifat mərhələsinin püşkatması olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər