Cəmiyyət

Bərdədə ağır qəza: ölən və yaralanan var

24 May 2026, 11:54 11 baxış
Bərdədə ağır qəza: ölən və yaralanan var

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Report-a hadisə rayonun Mehdixanlı kəndi ərazisində baş verib.


Nadir Rəşid oğlu Həsənovun sükanı arxasında olduğu VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb.


Qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə həlak olub.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər