Cəmiyyət

Bakının iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

12 Oct 2026, 09:18 3 baxış
Bakının iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Oktyabrın 12-də Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin keyfiyyətinin artırılması və artan tələbatın qarşılanması məqsədilə təmir və yenidənqurma işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonunun Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Əsəd Əhmədov, Mehman Bünyadzadə və Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq. Həmçinin saat 11:00-dan 16:00-dək Xəzər rayonunun Buzovna qəsəbəsində Nadir Axundov və Neftçilər küçələrinin bəzi hissələrində qısamüddətli fasilələr yaranacaq. Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər